Kataloniya liderini həbsdən azad etdilər

0
485

Brüsseldə məhkəmə Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon və Kataloniya hökumətinin 4 sabiq üzvünü şərti azadlığa buraxıb.

Arazinfo.com-un APA-ya istinadən xəbərinə görə, bu barədə “El Pais” məlumat verib.

Məlumata əsasən, hakim saxlanılanların həbsdə qalmalarına səbəb görməyib və onların barəsində həbs-qətimkan tədbirini ləğv edərək şərti azadlığa buraxıb. Bununla belə, onlara Belçikanı tərk etmək qadağan edilib.

Noyabrın 3-də İspaniya Milli Məhkəmə Palatası K. Puçdemonun həbsinə Avropa orderi verib. K.Puçdemon və 4 tərəfdarı ötən gün polisə təslim olub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four × four =