Kataloniya klublarından sərt addım

0
564

Kataloniyada keçirilən müstəqillik referendumu futbola da təsirsiz ötüşməyib. Apasport.az saytının məlumatına görə, bu bölgəni təmsil edən klublar tətilə qərar veriblər. İlk “Barselona” bu addımı atıb. Həm əsas, həm də ikinci komanda bütün fəaliyyətinə ara verib. Belə ki, sabah hər iki komandanın məşqi baş tutmayacaq. “Barselona”nın bu addımına “Jirona” da qoşulub. Bölgəni təmsil edən digər komanda – “Espanyol” isə bu etiraza qoşulmayıb. Klubdan verilən açıqlamada bildirilib ki, həmyerlilərinin bu addımı dəstəklənir və əgər işçilərdən kimsə tətil etmək istəsə, klub buna hörmətlə yanaşacaq, ancaq məşqlər təxirə salınmayacaq. Qeyd edək ki, bu komandalar referendum vaxtı polisin seçicilərə müdaxiləsinə və 800 nəfərin yaralnmasına etiraz olaraq bu addımı atıblar.

BIR CAVAB BURAXIN