Karrera “Spartak”-ın baş məşqçisi postundan istefaya göndərilib

0
524

Moskvanın “Spartak” futbol klubunun baş məşqçisi Massimo Karrera tutduğu vəzifəsindən azad edilib.

Mediainfo.az-ın russian.rt.com-a istinadən  verdiyi məlumata görə, bununla bağlı qərar  bu gün səhər Direktorlar Şurası tərəfindən qəbul edilib. Hələlik baş məşqçi postu müvəqqəti olaraq Raul Riançoya tapşırılıb.

Xatırladaq ki, italiyalı futbol mütəxəssisi 2016-cı ildən “Spartak”ı çalışdırırdı. Onun rəhbərliyi altında  “Spartak” son 15 ildə ilk dəfə Rusiya çempionu titulunu qazana bilmişdi. Bu mövsüm “Spartak” 11 oyundan sonra 18 xalla turnir cədbəlinin 8-ci pilləsində qərarlaşıb. “Spartak 5 oyunda qalib gəlib, 3 oyunda məğlub olub, 3 oyunda isə meydandan sülhlə ayrılıb

 

 

BIR CAVAB BURAXIN