Kanadada şagirdinə təbaşir atan müəllim 7,7 min dollar cərimə edilib

0
619

 

Kanadanın Saskaçevan əyalətinin Müəllimlər Şurası məktəblərdən birinin müəlliminin böyük həcmdə çərimə edilməsi barədə qərar çıxarıb. “Yeniavaz.com”un TASS agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb yerli bədii incəsənət məktəbinin müəllimi Mişel-Andre Cozef Leveskin dərs zamanı ona mane olan şagirdlərdən birinə təbaşir atması olub. Araşdırmalar zamanı məlum olub ki, 2015-ci ilin noyabr ayının 10-da bir qrup şagird müəllimə dərsi keçməyə mane olub. Bundan əsəbiləşən müəllim özünü saxlaya bilməyərək əlindəki təbaşiri şagirdlərə tərəf atıb. Nəticədə təbaşir ön sırada oturan şagirdin gözünə dəyib və nəticədə o yüngül zədələnib. Müəllimlər Şurası hadisəni ilyarım ərzində araşdıraraq bu məqsədlə 41 min ABŞ dolları xərcləyiblər. Müəllimlər şurasının məsələ ilə bağlı qəbul etdiyi qərara əsasən Mişel-Andre Cozef Levesk 7,7 min ABŞ dolları cərimə edilib və ona dərs prosesi zamanı qeyri-peşəkarlıq nümayiş etdirdiyinə görə şiddətli töhmət verilib. Bundan əlavə qəbul edilən qərara əsasən müəllim məsələnin araşdırılmasına sərf edilən xərclərin bir hissəsini də ödəməli olacaq. Əgər o 30 gün ərzində cəriməni və araşdırmalara çəkilən xərcin bir hissəsini ödəməsə, onda müəllimlik fəaliyyətindən məhrum ediləcək.

BIR CAVAB BURAXIN