
Kanadada atışma nəticəsində polis əməkdaşı həlak olub. APA-nın CBC telekanalına istinadən verdiyi xəbərə görə, insident Abbotdford şəhərində ticarət mərkəzinin dayanacağında baş verib. Atışma avtomobili qaçırmağa cəhd edən cinayətkar və hadisə yerinə cəlb edilən polis arasında baş verib. Atışma zamanı bir polis əməkdaşı ölüb, yaralanan olmayıb.
Cinayətkarın saxlanıldığı bildirilir. Saxlanılan 60 yaşlı şəxsin qonşu Alberta əyalətinin sakini olduğu bildirilir.