Kanada sahillərində daha iki yeraltı təkan qeydə alınıb

0
266
Kanadanın Qərb sahillərində daha iki yeraltı təkan baş verib.
Mediainfo.az-ın russian.rt-yə istinadən məlumatına görə, bu barədə ABŞ Geologiya Xidmətinin yaydığı məlumatda bildirilir. Məlumata görə, bu dəfə zəlzələ Port-Hardi yaşayış məntəqəsindən 223 kilometr cənub-qərbdə 13 dəqiqəlik fasilə ilə baş verib. Birinci təkanın gücü 6,5, ikinci təkanın gücü isə 4,8 bal olub.
Xatırladaq ki, bundan əvvəl Kanadada 6,6 və 6,8 bal gücündə iki zəlzələ baş vermişdi.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

8 + 3 =