Kanada Rusiyaya cavab zərbəsinə hazırlaşır

0
462

Kanada Müdafiə nazirliyi özünün hərbi dəniz qüvvələrinə Böyük Britaniyadan Rusiyanın sualtı qayıqları ilə mübarizə məqsədi üçün nəzərdə tutulan “Tip 26″ freqatları almaq niyyətindədir.

Mediainfo.az-ın Defence Nevvs-ə istinadən verdiyi məlumata görə, Böyük Britaniyada ” Tip 26″ freqatları ötən ildən inşa edilməyə başlayıb. Yeni tip freqatların inşası ilk növbədə Arktikada Rusiyadan gələn təhlükə ilə əlaqədardır.

ABŞ hərbi dəniz qüvvələrinin ehtiyatda olan zabiti, Büdcə qiymətləndirmələri  strateji mərkəzinin analitiki Brayan Klark deyir ki, kanadalılar üçün Rusiya sualtı qayıqları ilə mübarizə həmişə ən mühüm vəzifələrdən biri olub. Rusiya sualtı qayıqlarına qarşı isə ən effektli silah “Tip 26”-lardır.

 

 

BIR CAVAB BURAXIN