Kəşmirdə qanlı döyüşlər gedir

0
484

Pakistan-Hindistan sərhədində atışma baş verib.

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistanla sərhədin Kəşmir istiqamətində baş vermiş atışma nəticəsində iki nəfər həlak olub, yeddi nəfər isə yaralanıb.

Pakistan ordusunun yaydığı məlumata görə, son günlər Hindistan tərəfdən yaşayış məntəqələri müntəzəm olaraq atəşə tutulur.

Qeyd edək ki, cari il sentyabrın 29-da Pakistan-Hindistan sərhədində baş vermiş insidentdən sonra iki ölkənin sərhədində mütəmadi olaraq atəş səsələri eşidilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

13 + seventeen =