Kərküklü qonaq BAO-çularla görüşdü

0
695
  Bütöv Azərbaycan Ocaqlarının bir qrup üzvü Bakıda səfərdə olan İraq Türkmən Cəbhəsinin mətbuat katibi, Türk Dünyası İlətişimcilər Birliyinin Türkməneli Başqanı Turgut Hürmüzlü ilə görüşdülər.
Arazinfo.com saytının verdiyi xəbərə görə, Güneyli qardaşımız Oğuz Riza Sadıkoğlunun da iştirak etdiyi görüşdə Azərbaycanın Güneyində, Kərkükdə, ümumilikdə Türk Dünyasında cərayan edən siyasi proseslər, İraqda keçirilən seçkilərlə əlaqədar fikir mübadiləsi aparıldı. Kərküklü qonağa Bütöv Azərbaycan Ocaqlarının İraqda keçirilən seçkilərlə əlaqədar mövqeyi çatdırıldı. Qeyd edildi ki, Bütöv Azərbaycan Ocaqları (BAO) təşkilat olaraq hər zaman Türkmən qardaşlarının yanındadır və onları haqq mübarizələrində müdafiə edib və edəcəkdir. Sonda xatirə şəkilləri çəkildi.

 

BIR CAVAB BURAXIN