“Kəpəz” “Sumqayıt”a, “Neftçi” “İnter”ə qarşı

0
548

11Bu gün Topaz Premyer Liqasında XI tura start veriləcək. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq iki həftəlik fasilə öncəsi baş tutacaq tur 2 gün davam edəcək.

 

Hesabat turundan sonra fasiləyə kimin lider yollanmasına aydınlıq gələcək. İlk oyun günündə iki qarşılaşma baş tutacaq.

 

Günün ilk oyunu Gəncədə keçiriləcək. “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Çempionatın ortabablarından olan hər iki komanda xal hesablarını artırmaq uğrunda mübarizə aparacaqlar. Son iki matçda qol və qələbə həsrətində olan Şahin Diniyevin yetirmələri uğursuzluğa doğma meydanda son qoyub, 4-cü pilləni qaytarmaq arzusundadı. Samir Abasovun komandası daha uzun – 4 turluq qələbə intizarını dayandırmaq əzmindədi.

 

Ardınca isə “Neftçi” ilə “İnter” qarşılaşacaq. İlk üçlükdə yer alan “bankirlər” autsayderlər qrupunda qərarlaşmış “ağ-qaralar” ilə oyunda əsas favoritdi. Cari mövsümdə uduzmayan iki komandadan biri olan Zaur Svanadzenin yetirmələri 2-ci pilləni qaytarmaq üçün turu itkisiz başa vurmalıdı. Üç oyundu xala həsrət qalan “ağ-qaralar” isə daha bir baş məşqçi istefasının sürətlənməməsi üçün rəqibini büdrətməiidi. Bu alınmasa, ən ağır günlərini yaşayan Elxan Abdullayevin çalışdırıcısı olduğu “Neftçi”nin durumu daha acınacaqlı hala düşəcək.

 

Topaz Premyer Liqası

XI tur

5 noyabr (şənbə)

14:30. “Kəpəz”  – “Sumqayıt”

I dövrədəki oyun: 1:1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu

17:00. “Neftçi”  – “İnter”
I dövrədəki oyun: 1:2
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elman Musayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Murad Məmmədov
8-ci km qəsəbə stadionu

 

Turnir cədvəli

 

1. Qəbələ

10

7

3

0

26-4

24

2. Qarabağ

10

7

1

2

21-5

22

3. İnter

10

5

5

0

16-9

20

4. Zirə

10

4

2

4

10-10

14

5. Kəpəz

10

2

5

3

7-10

11

6. Sumqayıt

10

2

3

5

9-17

9

7. Neftçi

10

2

0

8

7-24

6

8.  AZAL

10

0

3

7

4-21

3

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 7

BIR CAVAB BURAXIN