Jurnalistlər arasında keçirilən yumurta döyüşünün qalibi “Oxu məni”nin əməkdaşı olub

0
505

Ötən şənbə “Altun Saray” istirahət mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib. Qaliblər mükafatlandırıldıqdan sonra mərasim iştirakçıları arasında Novruz bayramına həsr edilən ənənəvi yumurta döyüşdürmə yarışı keçirilib. Yumurta döyüşdürmə yarışlarında bütün rəqiblərini məğlub edən “Oxu məni” qəzetinin əməkdaşı Murad Şahməmmədov qalib olub. Ona KİVDF rəhbəri Vüqar Səfərli tərəfindən xüsusi qiymətli priz –Noutbuk təqdim edilib. Murad müəllimi bu münasibət ilə təbrik edir, ona növbəti belə yarışlarda da qalibiyyətlər arzulayırıq.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

19 + 11 =