Jurnalistin valideynlərini polisə çağırdılar

0
530

“Anam və atamı Binəqədi rayon 6-cı polis bölməsini çağırıblar.Bu gün anama yaxınlaşan sahə müvəkkili Cəlil Abbasov deyib ki, yoldaşınızla bölməyə gəlin. Anam Milli Şuranın sentyabrın 17-də baş tutan mitinqində iştirak edib”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış jurnalist Sevinc Vaqifqızı “Facebook” statusunda yazıb.
O, güman edir ki, atasını da ona görə çağırırlar ki, anası bölməyə tək getməsin.

“Sahə müvəkkilindən soruşdum ki, anamı mitinqə getdiyinə görə çağırırsınız, inkar etmədi. Dedi, bölməyə gəlsin, danışacağıq. Tələb etdim ki, evə çağırış vərəqi göndərsinlər, yalnız bu halda bölməyə gələ bilərik. O da dedi ki,canlı gəlib deyib vərəqə nə ehtiyac var. Mən yenə təkid etdim, dedi ki, o zaman bölmənin işçiləri bizə qonaq gələcəklər. Dedim, axşam evdəyəm, gələrsiniz”-deyə, o, daha sonra yazıb.

BIR CAVAB BURAXIN