Jurnalist, Donald Tramp və qızının güdazına getdi

0
669

 

“Politico” nəşrinin qadın əməkdaşı Yuliya Yoffe Tvitterdə ABŞ-ın yeni prezidenti Donald Tramp və onun qızı İvankenin ünvanına yazdığı təhqiredici sözlərin əvəzini ağır ödəməli olub.  “Politico” nəşrinin rəhbərliyi Tramp və qızının ünvanına təhqiredici ifadələr işlətməsinə görə onu işdən azad edib. Yuliya Yoffenin Trampın və qızının ünvanına xoşəgəlməz ifadələr işlətməsinə səbəb isə “The Hill” qəzetində Trampın qızının Ağ Evdə xüsusi kabinetinin olacağı ilə bağlı yayılan məlumat olub. Belə ki, Ağ Evdə adətən yalnız birinci ledinin kabineti olur. Yuliya Yoffe isə Tvitterdə bunu Trampın qanunları pozması və ya onun öz qızı ilə yatması kimi dəyərləndirib. Onun yazdıqları qalmaqal kimi qarşılandığından “Politico” rəhbərliyi Yoffenin hərəkətlərinin nəşrin imicinə ziyan gətirdiyini iddia edərək onunla yollarını ayırıb. “Politico”nun bu addımı isə Qərbin əksər insan hüquqları müdafiəçiləri tərəfindən söz azadlığının boğulması kimi dəyərləndirilib.

BIR CAVAB BURAXIN