İtaliyalı mütəxəssis Ermənistan yığmasına baş məşqçi təyin edilib

0
325

Futbol üzrə Ermənistan yığmasının yeni baş məşqçisinin adı məlum olub.

Arazinfo.com-un sport.alpenews.al-a  istinadən verdiyi xəbərə görə italyyalı tanınmış futbol mütəxəssisi Canni de Byazinin Ermənistan yığmasına rəhbərlik etməsi barədə ilkin razılıq əldə edilib.

Xatırladaq ki, De Byazıinin son iş yeri İspaniyanın Alaves klubu olub. Canni de Byazi ən böyük uğurunu Albaniya yığma komandasına rəhbərlik edən zaman qazanıb. Belə ki, onun rəhbərliyi altında Albaniya yığma komandası 2016-cı ildə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Bundan əlavə  Byazı müxtəlif vaxtlarda İtaliyanın “Modena”, “Breşia”, “Udineze”, “Torino”, SPAL, həmçinin İspaniyanın “Levante” komandlarını çalışdırıb

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

17 + 10 =