İtaliyalı boksçu rinqdə aldığı zərbədən ölüb

0
535

Beynəlxalq Boks Şurasının Asiyanın gümüş çempionu versiyası üzrə keçirilən yarışda faciə baş verib.

Arazinfo.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı boksçu Kristian Daqio tailandlı həmkarı Don Parueanqla görüşün 12-ci raundunda başından ağır zərbə alıb. İtaliyalı yıxılsada ayağa qalxaraq döyüşü davam etdirə bilib. Amma az sonra yenidən başından zərbə alan Daqio nokauta düçüb. Hakimlər qələbəni tailandlı boksçuya veriblər. Daqionu xəstəxanaya çatdırsalar da, o özünə gəlməyərək dünyasını dəyişib.

 

 

BIR CAVAB BURAXIN