İtaliya millisi 60 ildən sonra mundiala həsrət qala bilər

0
461
epa06321217 Sweden's Marcus Berg (C) and Italy's Giorgio Chiellini (R) in action during the FIFA World Cup 2018 European qualifying playoff match Sweden vs Italy at Friends Arena in Stockholm, Sweden, 10 November 2017. EPA-EFE/ANDERS WIKLUND SWEDEN OUT

DÇ-2018-in seçmə mərhələsinin daha bir pley-off oyunu keçirilib. Günün yeganə qarşılaşmasında İtaliya ilə İsveç üz-üzə gəliblər.

Dördqat dünya çempionu olan appeninlilər 60 ildən sonra mundiala həsrət qala bilər. Sonuncu dəfə 1958-ci ildə bu aqibətlə üzləşən İtaliya artıq bir dəfə işini çətinə salıb.

Bu oyunda isə İsveç doğma meydan amilindən yararlanaraq minimal hesablı qələbəyə sevinib. Yohansenin vurduğu qol matçda yeganə olub.

Əgər cavab oyununda da skandinaviyalılar İtaliyanı dayandıra bilsə, “Skuadra Adzurra” indiyədək dünya çempionu adını qazananlar arasında yeganə komanda olacaq ki, Rusiyada oynamayacaq. Çünki Almaniya, Fransa, İspaniya, İngiltərə, Braziliya, Argentina və Uruqvay artıq mundialda oynamaq hüququna yiyələnib.

 

DÇ-2018, pley-off oyunları

Avropa zonası

İlk oyunlar

10 noyabr

 

İsveç – İtaliya – 1:0

Qol: Yohansson, 61

Apasport.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 + seventeen =