İsveçrənin Beynəlxalq əlaqələr depratamenti rusiyalı diplomatların akkredasiyasını sərtləşdirib.
Mediainfo.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, İsveçrənin müvafiq qurumları bunu rusiyalı diplomatların ölkədə qeyri-qanuni işlərlə, o cümlədən casusluq fəlaiyyəti ilə əlaqələndiriblər. Məsələyə münasibət bildirən hökumət rəsmisi Pyerra-Alena Eltşinqer Moskvanı rusiyalı diplomatların qeyri-qanuni fəaliyyətinə son qoymağa çağırıb.
Xatirladaq ki, ötən gün Britaniyanın Konservativ partiyası da öz konfranslarına rusiyalı diplomatları dəvət etməyiblər və bunu onların ölkdəki qanunsuz fəaliyyətləri ilə əlaqələndiriblər.