Arazinfo.com Mediainfo.az-a istinadən yazıçı-jurnalist Əziz Mustafanın qələmə aldığı ” İstiqlal nəğməkarları” silsiləsindən Əhməd Cavad haqqındakı yazısını oxucularına təqdim edir:
Onun həyat yolu sal qayaları, dağları dələrək dənizlərə qovuşmağa can atan coşqun dağ çaylarını xatırladır. Bütün həyatı fırtınalarda, mənsub olduğu türk millətinin səadəti uğrunda mücadilələrdə keçdi. Bu yolda dəfələrlə təqiblərə, həbslərə, işgəncələrə, təhqirlərə məruz qaldı, amma o, tutduğu haqq yolundan dönmədi, ən ağır vəziyyətlərində belə mənsub olduğu türk millətinə xas olan mərdlik və iradəlilik nümayiş etdirdi. Sınmadı, daha doğrusu ən ağır işgəncələrlə belə onu sındıra, məsləkinə xəyanət etdirə, haqqı nahaqqa qurban verməyə məcbur edə bilmədilər. O, əsarət altında olan türk xalqlarının, əvvəlcə çar Rusiyası, sonra isə bolşeviklərin tapdağı altında inləyən doğma, canından qanından da artıq sevdiyi azərbaycanımızın milli-azadlıq mücadiləsi simvolu idi. Türklük sevdası canına, qanına elə hopmuşdu ki, o, özünü bunsuz sudan çıxarılan balıq kimi hiss edirdi. Çünki yazdığı hər misrası türk düşmənlərinə açılan güllə yağışı idi
Alovlu şeirləri ilə adını türk dünyası ədəbiyyatı və milli-azadlıq mücadiləsi tarixinə əbədi olaraq yazdıran Əhməd Cavad 120 il bundan əvvəl, 1892-ci il nay ayının 5-də Gəncə qəzasına daxil olan Şəmkirin Seyfəli kəndində anadan olmuşdur. Əhməd Cavad ilk təhsilini mollaxanada alıb
Azərbaycanda məşhur olan Şah Abbas məscidinin nəzdində fəaliyyət göstərən ruhani seminariyasında oxumağa qoyurlar. Bu seminariyada dərs deyən müəllimlər uşaqlara yalnız dərs vermir, həm də onlarda milli vətənpərvərlik ruhu formalaşdırırdılar. Belə ki, seminariyada dərs deyən müəllimlərin əksəriyyəti milli ruhda köklənən, öz xalqını, millətini ürəkdən sevən ziyalılar idi.
O ilk şeirlərini də məhz seminariyada oxuyarkən yazmağa başladı. Bundan əlavə müəllimlərinin milli mənəvi ruhlu söhbətlərini dinləməsi, türk xalqlarının düşdüyü vəziyyət, gələcəyi barədə seminariyada gedən söhbətlər Əhməd Cavadın gələcək həyat yolunu müəyyən etməsində, onun bütün varlığı ilə türklərin əsarətdən xilas olması yolunda mücadiləyə başlamasında böyük rol oynadı. 1912-ci ildə gimnaziyanı bitirən Əhməd Cavad bir müddət müəllimlik etdi.
1914-cü ildə I dünya müharibəsi başladı və Osmanlı bu savaşda iştirak etmək istəmirdi
Osmanlını təxribata çəkərək onu Rusiya ilə mənasız müharibəyə cəlb edə bildilər. Nəticədə müharibə Osmanlının sərhədlərindən onun içərilərinə sıçradı. Rusiya ilə müharibə zamanı Sarıqamışda baş verən hadisə və nəticədə minlərlə mehmetciyin dağlarda donaraq ölməsi rusların Qarsı, Ərzurumu və Batumini işğal etməsinə səbəb oldu. Üstəlik həmin dövrdə ruslar və ingilislər tərəfindən silahlandırılan ermənilər işğal edilmiş ərazilərdə dinc əhalini vəhşicəsinə öldürməyə başladılar. Nəticədə minlərlə insan qətlə yetirildi. Qətllərdən qaçan çoxlu sayda insan isə aclıq və xəstəlikdən tələf olmağa başladı. Baş verənləri ürək ağrısı ilə izləyən Əhməd Cavad qan qardaşlarımıza humanitar yardım göstərmək üçün xeyriyyəçilik fəaliyyətinə başladı. Onun səyləri nəticəsində qısa müddətdə erməni vəhşiliyinin və rus işğalının qurbanı olmuş on minlərlə insana ərzaq, paltar, dava dərmanla yardım göstərildi.
Qarsda gmrdüklərindən dəhşətə gələn Əhməd Cavad ürək ağrılarını yazdığı “Nə gördümsə” şerində belə ifadə edir:
Armağanım yaslı nəğmə,
Bir quş oldum, çıxdım yola.
Getdim gördüm dost elində
Nə bir səs var, nə bir layla.
Sordum qərib minarədən:
“Axşam olmuş, əzan hanı?
Bayquş qonmuş minbərlərə,
Deyən hanı, duyan hanı?”
Vicdan mənə əmr edər ki:
“Belə gündə bayram etmə”.
Quran mənə yol göstərir:
“Yoxsulları məyus etmə”.
Şeirin son bəndindən məlum olur ki, Əhməd Cavad şeiri bayram ərəfəsi daha dəqiq desək 1915-ci il mart ayının 22-də “Novruz” bayramı günü yazıb. Əhməd Cavad isə Qarsın rus orduları tərəfindən işğalından sonra orada ermənilər tərəfindən törədilən dəhşət dolu türk müsəlman soyqırımlarına yas saxlayırdı və belə bir gündə o bayram etməyi vicdanına sığışdıra bilməzdi. Ona görə də Əhməd Cavad ürək ağrısı ilə minarələrin qərib sükuta qərq olduğunu, minbərlərə bayquş qonduğunu yazaraq ermənilər tərəfindən qəddarcasına öldürülən qan qardaşlarının yasını saxladı.
Əhməd Cavad bütün varlığı ilə türk dünyasını, Osmanlı dövlətini sevirdi. O, Osmanlı dövlətinin I Dünya müharibəsində iştirak edəcəyi xəbərini eşidəndə sinəsində ürək sevincindən çoşub daşmışdı. O, Osmanlıya olan sevgisini və onun qələbə çalacağına olan inamını yazdığı və bu gün də milyonların ən sevimli mahnısına çevrilərək sevilə-sevilə oxunaraq türk dünyasının himni anlamına gələn “Qara dəniz” adlı şeiri ilə ifadə etdi. Bu şeir dərhal dillər əzbəri oldu və məhmətçik düşmən üzərinə onu oxuya-oxuya getdi. Bu şeirdə bayraq, vətən sevgisi o qədər böyük məhəbbət və sevgi ilə verilib ki, ondan sonra yazılan yüzlərlə analoji şeir onun gölgəsində qalıb. Bu şeiri əslində milyonların Osmanlıya Anadolu türklərinə olan məhəbbətinin zirvəsi də hesab etmək olar:
Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!
“Ah!…” deyərdim, heç ölməzdim
Düşə bilsəm ayağına.
Ayrı düşmüş dost elindən,
İllər var ki,çarpar sinən!..
Vəfalıdır gəldi, gedən,
Yol ver Türkün bayrağına!
İncilər tök, gəl yoluna,
Sırmalar səp sağ, soluna!
Fırtınalar dursun yana,
Salam Türkün bayrağına!
“Həmidiyyə” o Türk qanı!
Həç birinin bitməz şanı!
“Kazbek” olsun ilk qurbanı!
Heyran Türkün bayrağına!
Dost elindən əsən yellər,
Bana şeir,salam söylər.
Olsun bizim bütün ellər
Qurban Türkün bayrağına!
Yol ver Türkün bayrağına!!
Ümumiyyətlə, 1913-1920-ci illərdə Əhməd Cavadın yazdığı bütün şeirlərində milli vətənpərvərlik, türkçülük ruhu olduqca güclü hiss olunur. Bu şeirlərdə həm türk dünyasına, türk xalqlarına böyük məhəbbət, həm də türk xalqlarının gələcəyindən düşdükləri ağır vəziyyətdən narahatlıq hissi özünü göstərir.
1918-ci ilin may ayının 28-də Azərbaycan özünün dövləyt müstəqilliyini elan etdi.
Bundan ruhlanan Əhməd Cavad bir-birinin ardınca müstəqil Azərbaycan Cümhuriyyətini tərənnüm edən, əhali arasında milli vətənpərvərlik ruhu formalaşdıran şeirlər yazdı. Bu şeirlərdəki vətənə sevgi ruhu qısa müddətdə Əhməd Cavadı nəinki Azərbaycanın, həm də bütün
türk dünyasının sevimlisinə çevirdi. Həmin dövrdə, 1918-ci ilin iyun ayında Nuru Paşanın komandanlığı altında bir qrup türk əsgər və zabitinin Gəncəyə gəlməsi, buna paralel olaraq Osmanlının Azərbaycanın dövlət müstəqilliyini tanıması Əhməd Cavadın tərəfindən böyük sevgi və coşqu ilə qarşılanmışdı.
Əhməd Cavadın həmin dövrdə müstəqil Azərbaycana olan bütün sevgi və məhəbbəti isə yazdığı “Azərbaycan” şeiri oldu. Bu şeir on minlərlə azərbaycanlı kimi Şərqdə ilk demokratik cümhuriyyəti quraraq ona rəhbərlik edən ulu öndər Məmməd Əmin Rəsulzadə də dərin izlər buraxmış və ətrafındalkılara müraciətlə Əhməd Cavadı istiqlal şairi adlandırmışdı.
Azərbaycan, Azərbaycan,
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Vətən yolunda canından keçmək, ona qurban getmək Əhməd Cavad üçün bir həyat amalı idi. O, bunu Osmanlı ordusu sıralarında Trakiyada düşmənə qarşı mübarizədə sübut da etmişdi.
Əhməd Cavadın Azərbaycan şeiri bəxti gətirən şeirlərdən oldu. Bu şeirə dahi bəstəkar Üzeyir Hacıbəyli musiqi yazdı və o, obrazlı şəkildə desək Azərbaycan Xalq Cümhuriyyətinin himni kimi günümüzdə də dünyanı fəth etməkdədir.
Bakı azad edildikdən sonra Azərbaycanın paytaxtı Gəncədən yenidən ana şəhərimizə köçürüldü. Bundan az sonra Məmməd Əmin Rəsulzadənin təşşəbbüsü ilə Bakının azad edilməsi və Azərbaycanın yardımına gələrək düşmənlərə qarşı döyüşlərdə şəhid olan Qafqaz İslam Ordusu əsgərlərinə xaitirə abidəsi ucaldılır. Bu abidənin təməlqoyma mərasimində iştirak edən Əhməd Cavadın qəlbi riqqətə gəlir və o, olduqca həzin səslə bədahatən “Qalx” adlı şerini oxuyur:
Qalx, qalx sarmaşıqlı məzar altından
Gəlmiş ziyarətə qızlar, gəlinlər.
Ey karvan keçidi, yollar üstündə
Hər gələn yolçuya yol soran əsgər.
Qovduqların sənin yabançı xanlar
Qurtardı ölkəmi tökdüyün qanlar.
Bax, nasıl öpməkdə tozlar, dumanlar
Qərib məzarını, mənlə bərabər.
Onun oxuduğu bu şeir təməlqoyma mərasimində iştirak edənləri hamısının gözlərini yaşadır. Əhməd Cavad isə : “Türkiyədən qardaş Azərbaycanın yardımına gələrək türk islam yurdunun azadlığı üçün şirin canından keçən bu qəhrəmanlar olmasaydı, bu Vətən torpağı yenə də düşmən tapdağı altında inləcəkdi. Ona görə də bu qəhrəman şəhidləri bağrına basan torpaq da onları alqışlayır və doğma balası kimi qoynunda onları uyudacaq”,-demişdi.
Amma Əhməd Cavadın cümhuriyyət sevinci uzun çəkmədi. 1920-ci ilin aprel ayında bolşeviklər Azərbaycanı işğal edərək müstəqil cümhuriyyətin varlığına son qoydular. Bu, hadisə Əhməd Cavadda ağır izlər buraxdı və o, uzun müddət özünə gələ bilmədi.
Əhməd Cavad şeirlərinin birində bolşeviklər tərəfindən devrilən cümhuriyyətimizə yas saxladığını, onun həsrəti ilə alışıb yandığını belə ifadə etmişdi.
“Mən hər gələn bir mayısa pək çox ümidlər bağlaram,
Hər gələcək mayıs üçün nisan ağlar, mən ağlaram”
Digər bir şeirində isə Əhməd Cavad üçrəngi bayrağımızdan ayrı düşdüyünü və ağlamaqdan yorulduğunu təsirli bir şəkildə dilə gətirmişdi
Çoxdan ayrı düşdüm,
Üçboyalı bayraqdan.
Ay dostlar, mən yoruldum,
Bu gizli ağlamaqdan…
1927-ci ildə Əhməd Cavad ali təhsilini başa vurdu. Amma yenə də onun hər adımını izləyirdilər. Bütün bunlardan təngə gələn Əhməd Cavad Bakını tərk edərək Gəncəyə bir vaxtlar təhsil aldığı və yaşadığı Gəncəyə qayıtmağa məcbur oldu. Gəncədə Əhməd Cavad Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933) vəzifələrində işlədi. O, rus dili üzrə Azərbaycanın ilk professorlarından biri kimi adını təhsil tariximizə yazdırdı.
Daha sonra isə Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) kimi fəaliyyətni davam etdirdi. Amma o hara getsə doğma vətənini tərənnüm edir, ehtiyatla da olsa şeirləri ilə xalqı yeni azadlıq mücadilələrinə səsləyirdi. Bununla da o qələmi ilə öz xalqına bir ordunun görə bildiyindən daha çox iş gördü.
Həmin dövrdə yazdığı şeirlərindən birində Əhməd Cavad bolşevik rejiminə qarşı üsyana qaldırmaq mənasına gələn:
“Mən çeynənən bir ölkənin
Haqq bağıran səsiyəm”,- demişdi.
Çeynənmiş ölkə deyəndə o bolşevik işğlaı altında inləyən, sərvətləri çapılıb talanan Azərbaycanı nəzərdə tutur və cəsarətlə buna qarşı özünün haqq bağıran səsi olduğunu bəyan edirdi.
Gəncədə işlədiyi vaxtlarda da Əhməd Cavad vətənə olan sevgisini yazdığı şeirlərində nümayiş etdirməkdə idi. Bu çərçivədə də Əhməd Cavad 1930-cu ildə “Kür” şeirini yazdı. Şeirin bir yerində Əhməd Cavad Kür çayına müraciətlə yazırdı:
Dolaşıb dağı, daşı,
Qatırım ol, yük daşı.
Əyil Kürüm, əyil, keç!
Meydan sənin deyil, keç!
Əhməd Cavaddan yaxa qurtarmaq üçün bolşeviklər onu həbs etmək üçün bəhanə axtarırdılar. Ona görə də öndə vətənpərvər şairi həbs etmək üçün zəmin hazırlmağa başladılar. Bu məqsədlə isə xüsusi xidmət orqanları Yazıçılar Birliyinin izvləria rasından ələ ladıqları yerli satqınlardan istifadə etməyə başladılr. Həmin satqınlardan biri Əhmədi Cavad haqqında 1929-cu il noyabr ayının 19-da “Gənc işçi” qəzetində “Sandıq ədəbiyyatı banis adlı” məqaləsini dərc etdirdi. Məqalədə deyilirdi:
“Hər şəyirdin bir ustası, hər fənnin bir yaradıcısı, hər cərəyanın bir başçısı olmamış deyildir.
Bizdə çokdan bəri kollanan “sandık ədəbiyyatı” cərəyanının “banisi” də – haqqında məqalələr yazılan Əhməd Cavad cənablarıdır.
Hazırda məktəbli gənclərimizin bir hissəsi (ədəbiyyat həvəskarları) Cavadın curuq parçalarını dillərində əzbər etmişlər. “Unudulmuş sevdalar”, ” Göy-göl”, “Leyla” gibi milli və şovinist ruhda yazılan parçalar, gənclərimiz arasında çox səmimiyyətlə qarşılanır”.
1937-ci ildə rejim artıq Əhməd Cavadla haqq hesabı birdəfəlik çürütmək qərarına gəldi.
Əvəlcə onu Yazıçılar İttifaqının üzvlüyündən çıxarmaq qərarına gəldilər. Bu məqsədlə 1937-ci il iyun ayının 3-də Yazıçılar İttifaqının plenumu keçirildi. Plenum da Əhməd Cvadın kəskin şəkildə tənid edilərək burjua, millətçi şairi adlandırıldı. sonra isə onun məsələsini qoyaraq Yazıçışlar İttifaqının sralarından xaric etdilər. Bundan 5 gün sonra isə öz vətənini sevən bu böyük insana “xalq düşməni” damğası vuraraq həbs etdilər. Evində axtarış aparan zaman kitablarını, əlyazmalarını, hətta Şükriyyə xanımın zinyət əşyalarını belə müsadirə etdilər.
Əhmədi Cavadı, sinəsində türklük eşqi vətən məhbbəti nulaq kimi çağlayan bu böyük insanı bolşeviklər 1937-ci il oktyabr ayının 12-də güllələdilər. Həyat yoldaşı Şükriyyə xanımın isə xlaq düşmənin arvadı adı altında həbs edərək sürgünə göndərdilər.ç 7 ildən sonra Şükriyyə xanımı zad etdilər ancaq ona bakıda yaşamağa icazə vermədilər. 1955-ci ildə Əhməd Cavada bəratə verdilər. Əhməd Cavadın oğlanları Aydın, Tuqay, Yılmaz atalarına layiq övladlar oldular..
Əhməd Cavadın xatirəsi Azərbaycanda həmişə hörmətlə anılıb və bu gündə anılmaqdadır. Bu il Əhməd Cavadın anadan olmasının 120 ili tamam olur. Bunu nəzərə alan Prezident İlham Əliyev bu ilin fevral ayının 9-da Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıbr. İnanırıq ki, türkün istiqlal şairinin 120 illiyi onun adına layiq qeyd olunacaq.
Sonda Əhməd Cavadın bir şeiri ilə yazımızı bitiririk.
Mən bir güləm, yük altında əzilmişəm, qardaşım,
Sevinc bilməz bir məhkumam, ahu-zardır sirdaşım.
Damğa vurub, zəncirləyib tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmlər məskən olmuşdur bana.
Bu dünyada azadlığı şan şöhrətdən üstün tut,
Alçaqlığı, yaltaqlığı rəzilliyi sən unut!
Necə susum, danışmayım, mən eyləyim xəyanət?
Hanı sevgi, hanı Vətən, de harda qaldı millət?
Mən Türk övladıyam, dərin ağlım, zəkam var,
Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar?
Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam.
Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram!
Əziz Mustafa