İstanbulu gözləyən böyük təhlükə: Su altında qala bilər

0
426

Elm adamları qlobal dəniz səviyyəsindəki artımın son 25 ildə daha da sürətləndiyi barədə xəbərdarlıq edib.

Arazinfo.com-un APA-ya istinadən  verdiyi xəbərə görə, ABŞ-ın Kolorado Universitetinin, Cənubi Florida Universitetinin və Old Dominion Universitetinin alimləri qlobal dəniz səviyyəsinin 1990-cı illərdə ortalama 2,5 millimetr, bu gün isə 3,4 millimetr yüksəldiyini bildiriblər.

Qlobal istiləşmənin dəniz səviyyəsinin artım sürətinə iki fərqli yöndə təsir etdiyi vurğulanıb. Atmosfer və dəniz suyundakı istiləşmə bir yandan su səviyyələrini nisbi olaraq yüksəldərkən digər yandan da Antarktika və Qrenlandiya kimi iri buz kütlələrinin əriməsini sürətləndirərək su miqdarını artırır.

Alimlərin fikrincə, 2100-cü ildə İstanbul da daxil olmaqla, dünyadakı bir çox məşhur şəhəri ya tamamilə, ya da qismən sular altında qalma təhlükəsi gözləyir

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

15 − 11 =