İstanbulda şiddətli dolu yağdı: hər yer qaranlığa büründü

0
482
 

İstanbulda bir az əvvəl şiddətli dolu yağıb.

“Qafqainfo” xəbər verir ki, dolu yağışı zamanı İstanbul səması bir neçə dəqiqə qaranlığa qərq olub və sonra yenidən aydınlanıb.

Fırtına ilə müşayiət olunan dolu yağışı səbəbindən bir sıra yollar bağlanıb, tunelləri su basıb. Güclü fırtınaya görə dəniz səfərləri dayandırılıb.

Dolu o qədər güclü yağıb ki, bir çox avtomobilin şüşələri sınıb.

Rəsmi qurumlar sel ehtimalına qarşı vətəndaşlara diqqətli olmaları və evlərində qabaqlayıcı tədbir görmələri barədə xəbərdarlıq ediblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

eleven − 9 =