“İsraillə Azərbaycan arasında silah satışına dair anlaşma imzlana bilər”

0
637

 

Sabah İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfəri başlayır. Bəs Nentanyahunun Azərbaycana gözlənilən səfəri nə vəd edir? Bununla əlaqədar “Yeniavaz.com”un sualına cavabında politoloq Qabil Hüseynli İsrailin hazırda Azərbaycanın əsas strateji tərəfdaşına çevrildiyini xüsusi vurğuladı. O qeyd etdi ki, Netanyahunun Azərbayacana səfəri çərçivəsində iki ölkə arasında çoxtərəfli əməkdaşlığa dair anlaşma imzalanacağın və bunun ölkələrimiz arasında daha sıx inteqrasiyaya yol açacağına ümid edir. Qabil Hüseynli: “Netanyahunun Azərbaycana gözlənilən səfərini ölkəmiz üçün başa çatmaqda olan ilin ən uğurlu siyasi hadisəsi hesab edirəm. Bu səfər zamanı iki ökə arasında istər region, istərsə də beynəlxalq aləm üçün önəmli olan razılaşmaların imzalanacağını istisna etmirəm. Bundan əlavə səfər zamanı Azərbaycana İsrail tərəfindən daha müasir silahların satılması və ya onların respublikamızda birgə istehsalına dair müvafiq anlaşmaların imzlanacağı da gözlənilir. Bu çərçivədə də Netanyahunun Azərbaycana səfəri ölkələrimiz arasında hərtərəfli münasibətlərinin daha da möhkəmlənməsinə yol açacaq”,-dedi.

Əziz Mustafa

BIR CAVAB BURAXIN