İsraildən yeni alınan ən müasir “LORA” operativ-taktiki raketləri Azərbaycanın hərbi bazasında… – FOTOLAR, VİDEO

0
1257

Xəbər verildiyi kimi bu gün prezident İlham Əliyev raket qoşunlarının yeni hərbi bazasının açılışını edib. Həmin bazada Belarusdan alınan “Polonez” raket kompleksləri ilə yanaşı “LORA” operativ-taktiki raket kompleksləriə də dislokasiya olunub.

Bu haqda “Azərtac”ın məlumatında deyilir. Hərbi bazadan çəkilmiş fotolara əsasən “lORA” raketlərinin 4 konteynerdən ibarət buraxılış-daşıyıcı paketi Belarus istehsalı olan “Volat” avtomobilinin şassisi üzərində yerləşdirilib.

Virtualaz.org “Polonez” raket komplekslərinin taktiki-texniki göstəriciləri, döyüş imkanları barədə artıq bəhs edib. “LORA” operativ-taktiki raket kompleksləri isə necə deyərlər, ilk dəfədir Azərbaycanda “gün işığına” çıxır.

İnternet mənbələrində yer alan informasiyalara görə “LORA” (Long-Range Artillery Missile) İsrailin istehsal etdiyi ən müasir operativ-taktiki raketlərdir. Bu raketlərin işlənib hazırlanmasını “İsrael Aircraft İndustries” korporasiyası həyata keçirib, istehsalçı isə “İsrael Aerospace İndustries” korporasiyasıdır.

İsraildən yeni alınan ən müasir “LORA” operativ-taktiki raketləri Azərbaycanın hərbi bazasında... - FOTOLAR, VİDEO

Raketlər hermetik bağlı nəqliyyat-buraxılış konteynerlərində yerləşdirilir və səhra şəraitində saxlama müddəti 7-10 ildir. Kompleks dörd buraxılış-nəqliyyat konteynerindən ibarət paket halında daşınır. Həm təkərli şassilər üzərində, həm gəmilərdə quraşdırmaq mümkündür.

Bu raketlər düşmən ərazisinin dərinliklərində infrastruktur obyektlərini, hərbi bazaları, Hava Hücumundan Müdafiə batareyalarını və s. yüksək dəqiqliklə məhv etmək üçündür. Raketin döyüş başlığı 570 kiloqramdır. (“Azərtac”ın məlumatında isə 240 kiloqramlıq döyüş başlığından söhbət gedir.)

Öz göstəricilərinə görə “LORA” ABŞ-ın ATACMS operativ-taktiki raketlərinə və Rusiyanın “İsgəndər-E” operativ-taktiki raketlərinə yaxındır, yaxud onlarla eyni sinif raketlər hesab edilir.

İsraildən yeni alınan ən müasir “LORA” operativ-taktiki raketləri Azərbaycanın hərbi bazasında... - FOTOLAR, VİDEO

Raketin işlənib hazırlanması böyük məxfilik şəraitində həyata keçirilib. Yalnız 2003-cü ildə İsrailin peyk telekanallarından biri təsadüfən raketin sınaqlarından görüntüləri sızdırıb. Bundan sonra “LORA” raket kompleksləri üzərindən məxfilik pərdəsi qaldırılıb, 2004-cü ildə raketlər İsrail ordusunun quru qoşunlarının, daha sonra hərbi dəniz qüvvələrinin silahlanmasına daxil edilib. Türkiyə və Hindistanın İsraildən bu raketləri almağa maraq göstərdiyi haqda məlumatlar var, lakin bu sövdələşmələr baş tutmayıb. Ona görə də Azərbaycan İsraildən “LORA” raketlərini alan ilk ölkə hesab edilə bilər.

“LORA” raketlərinin uçuş məsafəsi 400 kilometrə yaxındır, (“Azərtac”ın versiyasında bu məsafə “300 km-dən yuxarı” olaraq göstərilir) raketlər hədəfi 10 metr dəqiqliklə vurur. Raketlər hazırlıqsız döyüş mövqelərindən də buraxıla bilər. Yeri məlum olan istənilən obyekt hücum barədə qərar veriləndən 10 saniyə sonra “LORA” tərəfindən vurulur.

İsraildən yeni alınan ən müasir “LORA” operativ-taktiki raketləri Azərbaycanın hərbi bazasında... - FOTOLAR, VİDEO

“LORA” raketləri uçuş trayektoriyasına görə ballistikdir, ancaq raketdən müdafiə sistemlərindən yayınmaq üçün proqramlaşdırılmış və ya ixtiyari manevrlər edə bilir. Bu səbəbdən onu kvaziballistik raket də adlandırırlar. Raket həm GPS sistemi, həm operator tərəfindən idarə edilə bilər. Dörd konteynerdən ibarət buraxılış qurğusu adi yük maşınının və ya treylerin şassisində yerləşdirilir.

İsrail ordusu “LORA” raketlərini Suriyada İran hərbi bazalarını vurmaq üçün dəfələrlə istifadə edib. Ötən ilin sonlarında bu raketlərdən birinin Rusiyanın “Pantsir-S” artilleriya-raket kompleksi tərəfindən vurulduğu haqda məlumatlar yayılsa da İsrail tərəfi bu məlumatı şərh etməyib.

İsraildən yeni alınan ən müasir “LORA” operativ-taktiki raketləri Azərbaycanın hərbi bazasında... - FOTOLAR, VİDEO

Xatırladaq ki, bundan əvvəl Azərbaycan İsraildən 150 km. mənzilli “Extra” operativ-taktiki raketlərini alıb. Bu raketlərin bir hissəsi Naxçıvanda yerləşdirilib və oradan Ermənistan paytaxtını vurmaq imkanındadır.

Beləliklə, Azərbaycan regionda Rusiyadan və İrandan sonra ən güclü raket potensialına malik olan ölkəyə çevrilib. Ordumuzun silahlanmasında nəinki son vaxtlara qədər Ermənistanın hər fürsətdə lovğalandığı, 250 km. mənzilli “İsgəndər-E” raketləri ilə müqayisə oluna bilən, eyni döyüş imkanlarına görə ondan daha üstün olan və daha uzaq məsafəli operativ-taktiki raketlərin ən azı iki tipi mövcuddur.

BIR CAVAB BURAXIN