İsrail blokadasında olan Qəzzada yeraltı tunellər fələstinlilər üçün vacib əhəmiyyət kəsb edir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, lakin, İsrail hərbi qüvvələri fələstinlilərin şəhərdən giriş-çıxışına mane olmaq üçün bu tunelləri taparaq partladır və içinə su doldurur.
Növbəti belə hadisə bu gün baş verib. Belə ki, Deyr əl-Bəlah bölgəsində tunel partladılıb və nəticədə 5 fələstinli ölüb.
İsrail ordusunun sözçüsü Aviçay Adrae faktı təsdiqləyib.