İsrail təyyarələri Fələstində 24 hədəfə zərbələr endiriblər

0
291

İsrailə məxsus qırıcı bombardmançı təyyarələr bu gün səhər Fələstindəki hədəflərə yeni raket zərbələri endiriblər.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə İsrali Müdafiə nazirliyi Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir. Zərbələrin əsas hədəfi Qəzza şəhərindəki HƏMAS obyektləri olub. Aviazərbələr nəticəsində mülki binalara zərər dəyib, dinc sakinlər arasında ölənlər var. İsrail Müdafiə nazirliyi Qəzzaya zərbələr endirilməsini HƏMAS tərəfindən dünən Beer-Şeviyə iki raket atılmasına cavab kimi dəyərləndirirlər.

Bu arada isə Fələstin Səhiyyə nazirinin yerli nümayəndəsi  Əşrəf əl Kudra bildirib ki, aviazərbələr nəticəsində Beyt-Xanun rayonunda 25 yaşlı fələstinli şəhid olub.

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

8 − 7 =