İsrail Suriyaya zərbələr endirməkdə davam edəcək

0
470

S-300 zenit-raket komplekslərinin Xmeymim hərbi hava bazasına göndərilməsi İsraili Suriyadakı strateji obyektlərə zərbələr endirməkdən çəkindirməyəcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə İsrailin ” Kan” dövlət radiosuna müsahibəsində müdafiə naziri Aviqdor Liberman deyib. O qeyd edib ki, istənilən şəraitdə İsrail özünün milli maraqlarını müdafiə etmək üçün hərbi gücdən istifadə edəcək: “Biz S-300-lərin Suriyaya göndərilməsindən heç də məmnun deyilik. Amma bu o demək deyil ki, biz geri addım atacağıq. Biz bölgədə öz milli maraqlarımızı müdafiə edirik. Təəssüflər olsun ki yerləşdiyimiz bölgə bizi milli maralqarımızı müdafiə etmək üçün  istənilən vasitəyə əl atmağa məcbur edir. Biz milli maraqlarımızın müdafiəsi ilə bağlı hər hansı güzəştə getmək niyyətində deyilik”

 

BIR CAVAB BURAXIN