İsrail Peyğəmbər(s) səhabələrinin qəbirləri olan məzarlığı dağıtmağa başladı-VİDEO

0
584
İşğal altındakı Şərq Qüdsdə qədim Fələstin qəbristanlığının məhv edilməsi ilə bağlı yayılmış video-sübutlar sosial şəbəkələrdə böyük qəzəb dalğası yaradıb.
Söhbət Əl-Əqsa məscidinin yaxınlığında yerləşən tarixi Bab əl-Rahmə qəbristanlığından gedir. Burada ən qədim qəbirlər VII əsrə aiddir. Bu məzarlıqda Peyğəmbərin (s.ə.v.) sonuncu səhabələri olan  – Ubad ibn as-Samit və Şadad ibn Ausun  məzarları yerləşir.
Videoda İsrailin təbiət və park idarəsinin təxminən on əməkdaşı görünür.  Onlar bir neçə İsrail hərbçisinin müşayiəti ilə ağır çəkiclər və digər alətlər vasitəsilə qədim qəbir daşlarını sındırır və qəbirlərin altını üstünə çevirirlər. Qəbristanlığın yerində tezliklə Milli Parkın tikintisi planlaşdırılır. Məlumata görə, İsrail hökuməti son məhkəmə qərarı verilməmişdən qəbristanlığı dağıtmağa başlayıblar.
Eyni zamanda İsrail rəsmiləri məzarlığın məhv edilməsinə etiraz nümayişlərinin qarşısını ciddi şəkildə alır. Hal-hazırda  bir neçə Fələstinlinin yaralandığı və həbs edildiyi bildirilir.
Xatırladaq ki, “TRTAzərbaycan” nəşrinin yaydığı digər xəbərə görə,  hələ 2017-ci ilin dekabrında  İsrail ekologiya işləri üzrə idarənin işçiləri Bab əl-Rahmə qəbiristanlığına daxil olaraq buradakı ağacları kəsiblər. Buna etiraz edən iki fələstinli qrupa isə polis müdaxilə edib. İki nəfər saxlanılıb. Bu haqda Qüds Müsəlman Qəbristanlıqları Şurasının sədri Mustafa Əbu Zəhra məlumat verib.M.Ə.Zəhra bildirib ki, qəbiristanlıqda 400 şəhid qəbri var. Həmin məzarlar 1967-ci il Ərəb-İsrail müharibəsi zamanı şəhid olmuş fələstinlilərə məxsusdur. Bu məzarlıq işğaldan öncə Fələstin bələdiyyəsi tərəfindən yaradılıb.

Moderator.az

BIR CAVAB BURAXIN