İsrail İrana qarşı sanksiyalara görə Trampa təşəkkür edib

0
517

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa İrana qarşı tətbiq etdiyi yeni, daha sərt sanksiyalara görə  təşəkkür edib.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Netanyahu ABŞ-ın yeni sanksiyasının İran iqtisadiyyatına daha ağır zərbə vuracağını bildirib: “Uzun illər mən ABŞ-ı bütün dünyanı hədələyən İranın terrorçu rejiminə qarşı hərtərəfli və öldürücü sanksiyalar tətbiq etməsinə çağırmışam. Trampa İrana qarşı nəhayət belə bir sanksiya tətbiq etməsinə görə “Sağ ol”,- deyirəm. Bu, onun tərəfindən atılan tarixi addımdır”.

Netanyahu sanksiyanın artıq öz təsirini göstərdiyini və İran iqtisadiyyatının depressiyaya düşdüyünü də xüsusi qeyd edib.

 

 

BIR CAVAB BURAXIN