İsrail hərbçiləri hər 3 gündə bir müsəlman uşaq öldürür

0
965
Israil rejiminin fələstinli uşaqlara qarşı misilsiz amansızlığını təsdiqləyən faktlar yayılıb.
Bu haqda  Beynəlxalq Uşaqların Müdafiəsi Assosiasiyasının açıqlamasında məlumat verilib.
Qurumun məlumatlarına görə, 2000-ci ilin sentyabrından- ikinci intifadanın(azadlıq uğrunda müqavimət hərəkatı) başlanğıcından bəri İsrailin işğal gücləri təxminən 2000 fələstinli uşağı  qətlə yetiriblər. Statistik rəqəmlərdən belə nəticəyə gəlinir ki, son 18 ildə hər üç gündə bir müsəlman uşaq İsrail tərəfindən  öldürülüb.
Bundan əlavə, yəhudilər hər il 700-ə yaxın fələstinli çocuğu  həbs edirlər. Bu isə təxminən hər gün iki uşağın həbsi deməkdir. İkinci intifadanın başlanğıcından bəri sionist hakimiyyət orqanları 14 mindəndən çox müsəlman uşağı həbs ediblər ki, onlardan 350-si  hələ də həbsdədir.
Xatırladaq ki, bu günlərdə Fələstinin Əl-Xəlil şəhərində İsrail əsgərlərinin Dirqəm Məsvədə adlı 3 yaşlı fələstinl uşağı bir müddət həbsdə saxlamaqları haqda xəbər yayılmışdı.
Moderator.az

BIR CAVAB BURAXIN