İsrail BMT TŞ-dən HƏMAS-a qarşı sərt addımlar atılmasını tələb edib

0
287

İsrailin BMT Təhlükəsizlik Şurasındakı səfiri Dani Danon qurumun rəhbərliyinə müraciət edərək HƏMAS-ın Beer-Şevini raket atəşinə tutmasını pisləməyə çağırıb.

Mediainfo.az-ın Nevvs.ru-ya istinadən verdiyi xəbərə görə, Danon terrorun dünya üçün təhlükə olduğunu və BMT TŞ-də terrorçularla daha sərt şəkildə mübarizə aparılmasını nəzərdə tutan qərarların qəbul edilməsinin vacibliyini vurğulayıb:

” İsrail ötən gecə HƏMAS tərəfindən atəşə tutulub. Terrorçular İsrailin cənubundakı Beer -Şevidəki yaşayış məntəqələrini atəşə tutublar. Nəticədə əhali  təşviş içində evlərini tərk etməyə məcbur olublar. Biz HƏMAS-ın bu addımının BMT TŞ tərəfindən dərhal pislənilməsini tələb edirik”

 

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 × one =