İspaniya və Danimarka DÇ ilə vidalaşdı

0
400

Rusiyada keçirilən dünya çempionatı davam edir. Ötən gün 1/8 final mərhələsinin daha 2 görüşü baş tutub.

 

İlk olaraq meydana meydan sahibi Rusiya yığması çıxıb. Şimal qonşularımız turnirdən əvvəl favoritlərindən hesab olunan İspaniya ilə üz-üzə gəlib. Görüşün əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penalti seriyasında Koke və Aspasın zərbələrində qola icazə verməyən Akinfeyev komandasına qələbə qazandırıb.

 

Günün ikinci qarşılaşması Xorvatiya ilə Danimarka arasında oynanılıb. Bu qarşılaşma da özündən əvvəlkinin ssenarisi ilə davam edib. İlk 4 dəqiqədə hərəyə bir dəfə fərqlənən tərəflər qalan 86 və əlavə olunmuş 30 dəqiqədə qapıların möhürünü qıra bilməyiblər. Hətta 115-ci dəqiqədə Luka Modriç penalti zərbəsindən yararlana bilməyib. Kasper Şmeyxel qola icazə verməyib.

 

Penaltilər seriyası isə qapıçıların benefesi olub. Şmeyxel burda da rəqibin iki zərbəsinin qarşısını alsa da, onun rəqib həmkarı Subaşiç daha çox – 3 dəfə yaxşı oynayıb və komandasını 1/4 finala daşıyıb.

 

Dünya çempionatı

1/8 final mərhələsi

1 iyul

 

Xorvatiya – Danimarka – 1:1 (əlavə vaxtda)

Qollar: Mancukiç, 4 – Yorgensen, 2

İstifadə edilməyən penalti: Luka Modriç, 115 (qapıçı)

Penalti seriyası: 3:2

Baş hakim: Nestor Pitana (Argentina)

Nijni Novqorod. Mərkəzi stadion

 

Xorvatiya: 23. Daniyel Subaşiç, 2. Şime Vrsalko, 3. İvan Ştriniç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 17. Mario Mandzukiç, 18. Ante Rebiç, 21. Domaqoy Vida.
Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 5. Vedran Çorluka, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 12. Lovre Kaliniç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duye Kaleta-Kar, 19. Milan Badel, 20. Marko Pyaça, 22. Yosip Pivarik.
Baş məşqçi: Zlatko Daliç.
Danimarka: 1. Kasper Şmeyxel, 4. Simon Kyaer (k), 5. Yonas Knudsen, 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 10. Kristian Eriksen, 11. Martin Breytveyt, 13. Matias Yorgensen, 14. Henrik Dalsqaard, 20. Yussuf Poulsen, 21. Andreas Kornelius.
Ehtiyat oyunçular: 2. Mikael Kron-Deli, 3. Yannik Vesterqaard, 7. Villiam Kvist, 9. Nikolay Yorgensen, 12. Kasper Dolberq, 15. Viktor Fişer, 16. Yonas Lossl, 17. Yens Larsen, 18. Lukas Lerager, 19. Lasse Şöne, 22. Frederik Ronnou.
Baş məşqçi: Aqe Hareyde.

 

 

İspaniya – Rusiya – 1:1 (əlavə vaxt, penalti seriyası)

Qollar: İqnaşeviç, 12 (avtoqol) – Zyuba, 41 (pen.)

Penalti seriyası: 3:4

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Moskva. “Lujniki” stadionu

 

İspaniya: 1. Devid De Xea (q), 3. Cerard Pike, 4. Naço (2. Karvaxal, 69), 5. Serxio Buskets (k), 8. Koke, 15. Serxio Ramos, 18. Xordi Alba, 19. Dieqo Kosta (17. Aspas, 79), 20. Marko Asensio (9. Rodriqo, 104), 21. David Silva (6. İnyesta, 67), 22. İsko

Ehtiyat oyunçular: 13. Kepa Arrizabalaqa (q), 23. Pepe Reyna (q), 2. Dani Karvaxal, 6. Andres İnyesta, 7. Saul Nigez, 9. Rodriqo, 10. Tyaqo Alkantara, 11. Lukas Vazgez, 12. Alvaro Odriozola, 14. Sezar Azpilikueta, 16. Naço Monreal, 17. Yaqo Aspas

Baş məşqçi: Fernando Yerro

 

Rusiya: 1. İqor Akinfeyev (q) (k), 2. Mario Fernandes, 3. İlya Kutepov, 4. Sergey İqnaşeviç, 7. Daler Kuzyayev (21. Eroxin, 97), 11. Roman Zobnin, 13. Fyodr Kudryaşov, 17. Aleksandr Qolovin, 18. Yuri Jirkov (14. Qranat, 46), 19. Aleksandr Səmədov (6. Çerışev, 61), 22. Artyom Zyuba (10. Smolov, 65)

Ehtiyat oyunçular: 12. Ruslan Lunyov (q), 20. Vladimir Qabulov (q), 5. Andrey Semyonov, 6. Denis Çerışev, 8. Yuri Qazinski, 9. Alan Zaqoyev, 10. Fyodor Smolov, 14. Vladimir Qranat, 15. Aleksey Mirançuk, 16. Anton Mirançuk, 21. Aleksandr Eroxin, 23. İqor Smolnikov

Baş məşqçi: Stanislav Çerçesov (apasport)

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three × 2 =