İspaniya Böyük Britaniyanı Breksitdən çıxmasına veto qoyacağı ilə hədələdi

0
466

İspaniya Böyük Britaniyanın Avropa İttifaqından (Aİ)çıxmasına veto qoya bilər.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə İspaniya Baş naziri Pedro Sançes RTVE-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı imzalanan anlaşmada Cəbəllüttariqin taleyi barədə heç nə deyilmir: “Biz belə hesab edirik ki, Cəbəlüttariq Böyük Britaniya ərazisi deyil. Biz bilmirik gələcəkdə Cəbəlüttariqin taleyi necə olacaq? Ona görə də Aİ-Böyük Britaniya anlaşmasında Cəbəlüttariqin gələcək statusu məsələsinə aydınlıq gətirilməlidir”.

Baş nazir həmçinin Cəbəlüttariq probleminin Böyük Britaniya ilə İspaniya arasında müzakirə edilməsinə ehtiyac olduğunu bəyan edib: “Əgər Breksitlə bağlı anlaşma indiki halda, yəni Cəbəlüttariq problemi nəzərə alınmadan səsverməyə çıxarılsa biz onun qəbul edilməsinin əleyhinə səs verəcəyik”.

Qeyd edək ki, Aİ-də müzakirəyə çıxarılan sənədin qəbul edilməməsi üçün bir ölkənin onun əleyhinə səs verməsi kifayət edir.

 

 

BIR CAVAB BURAXIN