İsmayıllıda yaşı 2300 il olan kərə yağı saxlanılır

0
427
 11

İsmayıllı rayon Tarix Diyarşünaslıq Muzeyində maraqlı eksponat saxlanılır.

Bu, 2300 il yaşı olan kərə yağıdır. Rayonun Mollaisaqlı kəndi ərazisindən tapılan və tədqiqatlar zamanı 2300 il əvvəl hazırlandığı məlum olan kərə yağı hazırda bu muzeydə mühafizə edilir.

Eramızdan əvvəl III-I ci əsrlərə aid olan bu kərə yağı arxeoloji qazıntılar zamanı aşkarlanıb. Bu kərə yağı nəinki Azərbaycanın digər muzeylərində, heç dünya muzeylərində də rast gəlinməyən eksponatlardandır. Kərə yağı İsmayıllı rayonunun Mollaisaqlı kəndində qədim yaşayış evinin zirzəmisində aparılan arxeoloji qazıntılar zamanı saxsı küpün içərisindən tapılıb.

Küpün içərisindən çıxarılan yağın tərkibi öyrənilib və onun e.ə I-ci minilliyə aid olduğu və təmiz kərə yağı olduğu müəyyənləşdirilib. Muzeyə gələn yerli və xarici turistlərin diqqətini daha çox çəkən eksponat da məhz budur. (APA)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

fifteen + seventeen =