İsmayıllıda 2 kəndin sakinlərini “Açıq mikrofon”a gətirən bir səbəb-FOTO

0
1198

“İsmayıllıda mövcud olan təsərrüfatın 90%-ə yaxını qazlaşdırılıb. Hazırda 5 kənddə qazlaşma işləri davam edir. Bu gün burada keçirilən “Açıq mikrofon” aksiyasında qaz təchizatında üzləşdiyiniz problemləri ünvanlaya bilərsiniz”.

Qanunla.Az xəbər verir ki, bunu Ağsu Regional qaz istismarı İdarəsinin rəisi Osman Beybutov aksiyada çıxışı zamanı bildirib.

İsmayıllı rayonunda keçirilən aksiyada ümumilikdə 10 müraciət səsləndirilib. Bahəddin Hacıyev Diyarlı kəndinin genişlənmiş hissəsinin, Baxış Baxışov isə Sədyan kəndinin qazlaşdırılması müraciəti ilə çıxış edib. Digər bir müraciət isə İsmayıllıda salınan yeni yaşayış massivinin qazlaşdırılmasından ibarət olub. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.

image-img-20221018-wa0032 image-img-20221018-wa0033 image-img-20221018-wa0034 image-img-20221018-wa0035 image-img-20221018-wa0036