İslam Kərimovun son yolçuluğu: Vida mərasiminə qatılan liderlər

0
725

Özbəkistan prezidenti İslam Kərimovun dəfn mərasimində 17 ölkədən nümayəndə heyəti iştirak edəcək.

 

Bu haqda “RİA-Novosti” agentliyinə Özbəkistanın hökumətinin mətbuat xidmətinin nümayəndəsi bildirib.

 

“Dəfndə iştirak etmək üçün on yeddi ölkədən nümayəndə heyəti gəlib. Xüsusi halda, Səmərqəndə Əfqanıstan, Tacikistan və Türkmənistan prezidentləri, Belarus, Gürcüstan, Rusiya, Qazaxıstan və Qırğızıstanın baş nazirləri, həmçinin Çin, Cənubi Koreya və Ukraynanın baş nazirin müavinləri gəlib”, – xəbərdə deyilir.

 

Azərbaycanı isə dəfn mərasimində Milli Məclisin sədri Oktay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti təmsil edəcək. O.Əsədovla yanaşı, nümayəndə heyətinin tərkibinə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, xarici işlər nazirinin müavini Xələf Xələfov və başqa rəsmilər daxildir.

 

Qeyd edək ki, dəfn mərasimi yerli vaxtla saat 10:00-da başlanacaq.

 

***

10:00

Səhər saatlarında minlərlə Daşkənd sakini mərhum Özbəkistan Prezidenti İslam Kərimovu son mənzilə yola salmaq üçün küçələrə çıxıb.

 

Publika.az Özbəkistan mediasına istinadən bildirir ki, Daşkəndin mərkəzindən hava limanına qədər uzanan yol boyunca əllərində gül olan insanlar düzülüb.

Qeyd edək ki, Özbəkistan Prezidenti İ.Kərimov ötən gün vəfat edib.

BIR CAVAB BURAXIN