Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Tacikistanda baş tutmuş təlimlərində “İskəndər-M” yeni ballistik raket kompleksi sınaqdan keçirilib. Raket 130 kilometrdən uzaq məsafədə yerləşən obyektə Lyaur poliqonundan buraxılıb. Rusiyanın Mərkəzi hərbi dairəsinin komandanının köməkçisi, polkovnik Yaroslav Roşşupkin bildirib ki, hədəf rolunu oynayan şərti terrorçu düşərgəsi məhv edilib.Roşşupkinin sözlərinə görə, bu sınaq raketin daha dəqiq və düşmən tərəfindən daha çətin aşkarlanması xüsusiyyətlərini təsdiq edib.
Qeyd olunur ki, raket hədəfdən təxminən 10 metr yayınıb.
VIDEO