İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın yaradılması

0
1582

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın yaradılması

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın təmin edilməsi üçün əsas hədəf göstəricisi postmünaqişə dövründə ərazilərin iqtisadi cəhətdən özü-özünü təmin edən regiona çevrilməsidir. Ərazilərdə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, habelə innovativ texnologiyaların tətbiqinin stimullaşdırılması üçün güzəştli kreditlərin verilməsi, təşviqat işlərinin aparılması və digər maliyyə dəstəyi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması nəticəsində yeni istehsal, emal və xidmət sahələri üzrə müəssisələrin yaradılması və iş yerlərinin açılması həmin ərazilərin bərpasına və sosial-iqtisadi inkişafına töhfə verəcək.

İşğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilə bilər. Eyni zamanda, turizm potensialından yararlanmaqla regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi üçün bölgədə bu sənayenin inkişafı istiqamətində tədbirlər həyata keçiriləcək. Dövlət proqramında yeni investisiyaların cəlb olunması ilə sahibkarlıq mühitinin formalaşdırılması, sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi, yeni torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması, əkin sahələrinin və heyvandarlıq təsərrüfatlarının bərpası, müasir suvarma infrastrukturunun formalaşdırılması, məhsuldar ərzaq istehsalı sistemləri təmin edilməklə dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi, yerli iqtisadi potensialın gücləndirilməsi və təsərrüfat dövriyyəsinə cəlb olunması, ərazilərin davamlı və tarazlı sosial-iqtisadi inkişafına nail olunması, bölgədə turizm sektorunun inkişaf etdirilməsi kimi vəzifələr müəyyənləşdirilib.

Həmçinin rayonlar üzrə torpaq-iqlim şəraiti və bazar tələbləri nəzərə alınmaqla bitkiçilik sahəsində və orqanik kənd təsərrüfatı məhsullarının istehsalı potensialının araşdırılması, eləcə də su ehtiyatları və iqlim şəraiti nəzərə alınmaqla ixtisaslaşma aparılacaqdır.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri