İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür

0
1888

İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür

Bu gün ölkə başçısı, cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda sürətli bərpa qurucluq işləri həyata keçirilir,bir sıra tədbirlər təşkil olunur. BMT-nin Məskunlaşma Proqramı  və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu 5 oktyabrda işə başlayıb. Ağdam şəhərinin bir zamanlar yerləşdiyi məkanda təşkil edilən Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumda  iştirak ediblər.

Qarabağ regionunun bir zamanlar ən böyük şəhəri olan Ağdama nə olduğunu görmək və keçmiş məcburi köçkünləri öz evlərinə qaytarmaq üçün bizim həyata keçirdiyimiz və qarşıdakı illərdə planlaşdırdığımız işləri görmək üçün buraya gəldiklərinə görə müxtəlif ölkələrdən olan qonaqlara – 40-dan çox ölkənin nümayəndələrinə minnətdarlığını bildirən cənab Prezidentimiz  İlham Əliyev öz çıxışında bildirmişdir:

“Burada – Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz. Füzuli şəhəri tamamilə dağıdılıb. Bir tikili belə qalmayıb. Eynilə Cəbrayıl, eynilə Qubadlı, Zəngilan da. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Lakin bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur”.

Prezidentimiz , növbəti dəfə Qarabağın Azərbaycan olduğunu və Azərbaycanın daxili işləri ilə bağlı məsələləri heç vaxt, heç bir beynəlxalq qurum və ölkə ilə müzakirə etmədiyini qətiyyətlə bəyan etdi. Eyni zamanda Azərbaycan Lideri Ermənistanın sülh prosesinə mane olmasından və bunun üçün müxtəlif bəhanələrə və taktikalara əl atmasından danışdı. Daha soran Azərbaycan Prezidenti cənab İlham Əliyev artıq Böyük Qayıdış proqramının başladığını bildirərək, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması ilə bağlı verdiyi sözə əməl etdiyi üçün fəxr etdiyini qürur hissi ilə qeyd etdi.

Artıq Ermənistanın məkirli və hiyləgər siyasətinə yer qalmayıb. Daha beynəlxalq ictimaiyyət erməni yalanlarına inanmır. Dünya Ermənistanı terroru dəstəkləyən və təxribatçı bir dövlət kimi tanıyır. Azərbaycan isə tam əksinə olaraq dünyada sülhsevər və humanist siyasəti, inkşafa və tərəqqiyə hesablanmış təşəbbüsləri tanınır.

 

Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi- Kəmalə Məmişova