Son illərdə İraqla İsrail arasında keçirilən gizli görüşlərin sayı artıb.
Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, İraqın yüksək səviyyəli dövlət rəsmiləri gizli şəkildə mütəmadi olaraq İsrailə səfərlər edirlər. Onların arasında İraqın xarici, daxili, təhlükəsizlik işləri nazirləri, parlament rəsmiləri, kürd, sünni, şiə liderləri də var. Eyni zamanda İsrail rəsmilərinin İraqa gizli səfərlərinin təşkil edildiyi iddia edilir. İki ölkə arasında səfərlərin gizli keçirilməsinin səbəbinin Bağdadın digər ərəb ölkələrinin buna sərt reaksiya verəcəyindən ehtiyat etməsi ilə izah edilir.