İraqda içməli sudan 100 min nəfər zəhərlənib

0
255

Iraqın Bəsrə əyalətində  çirkli sulardan istifadə edən 111 min nəfər yerli sakin zəhərlənib. Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, zəhərlənənlər arasında Avropa İttifaqının İraqdakı səfiri Ramon Blekua da var.

Avqust ayının əvvəllərində Bəsrədə su və elektrik enerjisi təchizatında problemlər yaşanıb. Nəticədə əhali küçələrə axışaraq etiras aksiyası keçiriblər. O vaxt etirazçılarla polis arasında baş verən toqquşmalarda bəzi siyasi partiyaların ofisləri, dövlət tele-radio kanalının qərargahı, o cümlədən şiə hərbi birləşmələrinin filialı yandırılmışdı. Toqquşmalar nəticəsində 10 nəfər  öldürülmüşdü.

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

16 − fifteen =