İraq Türkmən Cəbhəsinin liderindən Türkiyəyə ağır İTTİHAM

0
385

 

“Artıq Ankara da, türk ictimaiyyəti də bizdən hesab soruşmaz. Türkmənlər taleyinə tərk edilib, PKK-ya təslim edildi.”

 

Modern.az xəbər verir ki, bu sözləri “TRT Avaz”da jurnalistlərin suallarını cavablandıran zaman  İraq Türkmən Cəbhəsinin rəhbəri Ərşad Salehi deyib.

O bildirib ki, Türkiyənin təhlükəsizliyi İraqın içindən başlayır.

 

“Türkiyənin milli təhlükəsizliyinin arxa bağçası olan Türkmən bölgələri tərk edilsə, Türkiyənin də can və milli təhlükəsizliyi itə bilər. Bunu təəssüf ki, hər kəs gec anlayıb. Heç kim bizdən inciməsin, artıq bu gündən etibarən heç kimsədən gizlədəcək bir şeyimiz yoxdur.

 

Çünki tək başımıza, taleyimizə məhkum şəkildə qalmış olsaq da qışqırıb dəvət etməyimizə baxmayaraq gələcəkdə deyəcəklər ki, Ərşad Salehinin dövründə türkmənlər qırğınlar yaşadı və bundan da mən məsul deyiləm. Mən təşkilat rəhbəri və siyasətçiyəm. Yeri gəldiyi zaman silahımı da götürüb, döyüşürəm”.

 

Ə.Salehi deyib ki, bu gün İŞİD-i Kərkükə gətirən tərəflər gələcəkdə PKK-nı da burada söz sahibi edə bilərlər.

 

“PKK terror təşkilatı Kərkükün 15 km uzaqlığında qərargah açıb. Nə üçün Bağdad hökuməti buna səssiz qalıb?  Onlar mübarizə aparmaq bəhanəsi ilə PKK-nı Kərkükə sızdırmaq istəyirlər. Bu gün hər kəs İraq türkmənlərinin türk dünyasının bir hissəsi olduğunu bilir. Bizim qorxumuz PKK terror təşkilatının Türkiyədə gördüyü işləri türkmən bölgələrində də etmiş olmasıdır. Əgər belə olsa, kürd partiyalarının arasında bir gərginlik yaşana bilər. Biz bunun baş verməsini istəmirik. Hazırda PKK-nın Türkmən Cəbhəsinin məntəqələrinin ətrafında və məhəllələrində üzvləri var. Bunu heç kim inkar edə bilməz. Onların hətta bizim  əlimizdə sənədləri də var”.

 

O qeyd edib ki, pis taleyə tərk edilən millətin gələcəyi də pis olur.

 

“Mən və millətimiz buna yol verməyəcəyik. Məhəllələrdə sayca az da olsa türkmən insanları silahına sarılaraq, mübarizə aparacaqlar. Amma bu belə də getməz. Təhlükəsizlik orqanlarının ciddi şəkildə qurulması lazımdır. Əks təqdirdə bu millətin gələcəyi daha çox təhlükədə olacaq…Kərkükdə bir dənə də olsa türkmən qalmış olsa da, Türkməneli bölgəsinin paytaxtı olaraq da qalacaq”.

 

Mirmahmud KAZIMOĞLU

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

15 + 15 =