İraq Kürdüstanında müstəqillik referendumu keçiriləcək

0
641
 

İraq Kürdüstanının hakimiyyəti 25 sentyabr 2017-ci ildə regionun İraqdan müstəqilliyi haqqında referendum keçirilməsi barədə qərar qəbul edib.

Bu barədə yerli Rudaw telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, bu tarix regionun prezidenti Məsud Bərzaninin kürd partiyalarının nümayəndələri ilə görüşünün nəticələrinə əsasən seçilib. Kanalın qeyd etdiyi kimi, 6 noyabrda regionda parlament və prezident seçkilərinin keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, İraq Kürdüstanı — İraqın tərkibində muxtariyyətdir və onun bu statusu ölkə konstitusiyasında öz əksini tapıb.

Onu da qeyd edək ki, İraq Kürdüstanının başçısı Məsud Bərzani BMT-nin baş katibi Antonio Quterrişlə martda görüşərkən müstəqilliklə bağlı referendumun yaxın vaxtlarda keçiriləcəyini bildirmişdi.Virtualaz.org

BIR CAVAB BURAXIN