İranın müqəddəs şəhərində rüsvayçılıq: qız və oğlanlar…

0
787


 

İranın Rəzəvi Xorasan əyalətinin mərkəzi, müqəddəs şəhər sayılan Məşhəddə keçirilən bir gecə kampaniyasına silahlı hücumda 63 qız və oğlan tutulub.

Arazinfo Axar.az-a istinadən xəbər verir ki, bu barədə Məşhəd prokurorunun müavini Həsən Heydəri jurnalistlərə açıqlamasında danışıb.

O bildirib ki, Məşhədin əxlaq təhlükəsizliyi polisi mayın 18-də şəhərin Şirhasar məntəqəsində qız və oğlanların bağ evlərindən birində bir araya gəlməsi və birgə şənlənməsi haqda xəbər tutduqdan sonra həmin evdə əməliyyat keçirib: “Əməliyyat nəticəsində bağ evində alkoqollu içkilər içərək bir-biri ilə əylənən 35 qadın və 28 kişi yaxalanıb. Evdə yoxlama apararkən 33 avtomobil, 36 mobil telefon və çoxlu miqdarda alkoqollu içkilər aşkaralanaraq götürülüb.

Əməliyyat zamanı həmçinin gecə kampaniyasına qatılanlardan bəzilərinin qaçmasının qarşısını almaq məqsədilə polis qüvvələri odlu silahdan istifadə edərək havaya atəş açmaq məcburiyyətində qalıb”.

Həsən Heydəri tutulanların polis bölməsinə aparıldığını, hazırda dindirildiyini bəyan edib.

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə kimi İranın müxtəlif şəhərlərində polisin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına və ad günləri mərasimlərinə hücumunda ən azı 1300 adam həbs edilib.

 

BIR CAVAB BURAXIN