ABŞ İsraillə Barak Obamanın hakimiyyəti dövründə möhkəm müttəfiqlik münasibətlərini bərpa etmək üçün birinci addımı atıb.
Virtualaz.org xəbər verir ki, Birləşmiş Ştatların müdafiə naziri, “quduz köpək” ləqəbli dəniz piyadaları generalı Ceyms Mattis İsrailə səfər edib və başda İran olmaqla iki ölkəni maraqlandıran məsələləri müzakirə edib. Ceysm Mattis Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-dan İsrailə səfər edən ilk yüksək vəzifəlidir.
İsrail KİV-lərinin xəbərlərinə görə, Ceysm Mattislə danışıqlardan sonra İsrailin baş naziri Benyamin Netanyahu Tramp administrasiyasının İran və Suriya məsələsində “dəqiq yanaşmasından” məmnunluq ifadə edib. Ceyms Mattis isə deyib ki, ABŞ-la İsrailin bir ümumi düşməni var-cihadçılar. Müdafiə nazirinin sözlərinə görə, iki ölkə İrandan qaynaqlanan təhdidlərə qarşı birgə fəaliyyət göstərməkdə davam edəcək.
Bu arada baş nazir Netanyahu ABŞ-ın Fox News telekanalına müsahibəsində İranın Suriya sahillərində hərbi dəniz bazası qurmaq planları barədə danışıb və deyib ki, bu məsələni mart ayında Moskvaya səfəri zamanı qaldırıb. Ancaq inandırıcı cavab ala bilməyib. “Onlar Suriyaya doğru irəliləyərək Aralıq dənizində hərbi-dəniz bazası qurmağa cəhd edirlər. Təəsvvür edin ki, İran, onun gəmiləri, sualtı qayıqları Aralıq dənizindədir. Sizin (ABŞ-ın) 6-cı donanmanız orada dislokasiya olunub, bizim gəmilərimiz oradan keçir. Biz İranın Aralıq dənizində belə bazasının olmasını istəyirikmi?”-Netanyahu deyib.
Baş nazir əlavə edib ki, Moskvaya səfəri zamanı prezident Vladimir Putinlə məhz bu məsələni müzakirə edib. Onun nəzərinə çatdırdım ki, İsrail buna imkan verə bilməz. Mən cənab Putinə dedim ki, bu, heç də yaxşı ideya deyil. İranın Aralıq dənizində hərbi dəniz bazası qurması heç kimin maraqlarına cavab vermir, o cümlədən Rusiyanın. Lakin təəsüf ki, Putindən inandırıcı arqumentlər eşitmədim”-Netanyahu bildirib.
Virtualaz.org