“İranda hakimiyyətə türklər gələ bilər”

0
458

“İranın digər bölgələri ilə birlikdə İran Azərbaycanında da etirazlar baş verir”.

Bunu tanınmış iranlı siyasi fəal, mərhum Ayətullah Məhəmməd Kazım Şəriətmədarinin oğlu Həsən Şəriətmədari bu ölkədə baş verən kütləvi etiraz aksiyalarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İranda mərkəzsizləşmiş bir hakimiyyəti kənarda duran türklər deyil, etiraza qatılan türklər ala bilər.

Həsən Şəriətmədari bir neçə gün öncə başlayan etirazların olacağını hələ öncədən proqnoz etdiyini söyləyib:

“Çoxları, o cümlədən mən demişdik ki, belə etiraz aksiyaları gözləniləndir. Mən Kirmanşah zəlzələsi olanda demişdim ki, bu zəlzələ bundan sonra gələcək olan ictimai zəlzələyə görə bir şey deyil. Amma bunun nə zaman baş verəcəyini heç kəs bilə bilməzdi. Bunun sürətlə gəlməsi açığı bir qədər gözlənilməz oldu”.

Siyasi fəal qeyd edib ki, İran hakimiyyəti 40 ildir ki, xalqı vədlərlə saxlayıb:

“23-24 il əvvəl Xatəmi gəlib islahat vədi verdi. Xalq ona ürək bağladı və himayə etdi. Ondan sonra Əhmədinejad gəldi. Seçkilərdə saxtakarlıq ola ola, dedi ki, mən rifah gətirəcəyəm. Ondan sonra Ruhani gəldi və dedi ki, Əhmədinejad oğru idi və mən düzəldəcəyəm. Amma vəziyyət qat-qat pisləşib”.

Sabiq Müsəlman Xalq Respublikası Partiyasının rəhbərlərindən olan Həsən Şəriətmədari problemin sadəcə iqtisadi çətinliklərdən ibarət olmadığını söyləyib.

Ölkə.Az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

6 + 11 =