İranda həyəcan: Ölü sayı 10-a çatdı, yeni şüarlar səsləndi

0
721

İrandakı kütləvi aksiyaların 5-ci günündə ölənlərin sayı 10-a çatıb.

Teleqraf.com Milliyet-ə istinadla xəbər verir ki, bu məlumatı az öncə İranın dövlət televiziyası yayıb.

Etirazların ölkə ərazisi boyunca genişləndiyi, yüzlərcə insanın həbs olunduğu, Urmiyadakı aksiyalarda rejim əleyhinə şüarlar səsləndirildiyi deyilir. Sosial şəbəkələrdəki paylaşmalarda Ayətullah Xamneyinin portretinin aşağı endirildiyi göstərilir.

İsfahanda polisin nümayişçilərə atəş açdığı xəbər verilir.

Röyter-in məlumatına görə, Takestan şəhərində 1925-ci ildən 1941-ci ilə qədər İranı idarə eləmiş Rza Pəhləvini tərifləyən şüarlar səsləndirililib.

Pəhləvi sülaləsi 1979-cu il İslam inqilabı nəticəsində taxtdan salınlıb.

BIR CAVAB BURAXIN