İran xarici döyüşçülərə vətəndaşlıq verir

0
627

İran ölkə uğrunda həlak olan xarici döyüşçülərin ailə üzvlərinə vətəndaşlıq verilməsi barədə qərar qəbul edib.
İRNA agentliyinin məlumatına görə, parlament mayın 2-dən hökumətə belə bir hüquq verib.
Söhbər 1980-1988-ci illərdə gedən İran-İraq müharibəsi və bundan sonra ölkə uğrunda ölən xarici döyüşçülərin həyat yoldaşı, uşaqları və valideyinlərindən gedir.
Həmin vaxt əfqanlar və bir sıra iraqlılar İranla birlikdə Səddam Hüseyin rejiminə qarşı mübarizə aparıblar.
Bu qanun Suriya və İraqda “İslam Dövləti” qrupu və “Əl Qaidə”yə qarşı mübarizə aparamış əfqan və pakistanlı könüllülərə də şamil edilə bilər.
Qeyd edək ki, şiə dövləti olan İran Suriya müharibəsində prezident Bashar Assadın tərəfini saxlayır. /Azadlıq radiosu

BIR CAVAB BURAXIN