İran və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsi barədə

0
428

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif noyabrın 28-də Yerevanda ermənistanlı həmkarı Edvard Nalbandyanla Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsindəki münaqişəni müzakirə ediblər.

Ermənistan KİV-ləri yazır ki, iranlı nazir səfər çərçivəsində Ermənistan-İran biznes-forumun açılışında iştirak edib, ölkə rəsmiləri ilə görüşüb.

İnformasiyaya əsasən, Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İranın tutduğu mövqeyə görə Məhəmmədcavad Zərifə təşəkkür edib.

İranlı nazir bildirib ki, İranla Ermənistan çox yaxşı qonşudurlar: “İranın bütün qonşularla münasibətləri normaldır”.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

19 − four =