İran Qasım Süleymaninin öldürülməsi barədə xəbəri təkzib edib

0
556

İran Suriyadakı xüsusi təyinatlı ” Əl-Qüds” hərbi birləşmələrinin komandanı general Qasım Süleymaninin öldürülməsi barədə yayılan məlumatları təkzib edib.

Arazinfo.com-un verdiyi xəbərə görə İranın Fars Nevvs agentliyi bu məlumatın düşmən uydurması olduğu və reallığı əks etdirmədiyini bildirib. Məsələ ilə bağlı Fars Nevvs-ın yaydığı məlumatda deyilir: “İrana düşmən mətbuat vasitələri dekabrın 26-da general Süleymaninin öldürülməsi barədə məlumat yayıblar. Bu məlumatlar yalandır. General Süleymani bu gün səhər  İmama Xomeyni məscidində namaz qılıb”

Fars Nevvs həmçinin Süleymaninin İranın yüksək səviyyəli rəsmilərindən  biri olan və ötən gün vəfat edən Mahmud Haşimi Şaxrudinin dəfnində iştirakı zaman çəkilən rəsmlərini dərc edib.

Xatırladaq ki, bir neçə gün əvvəl dünya mətbuatında İsrailin Dəməşqə endirdiyi hava zərbələri zamanı aralarında general Süleymaninin də olduğu  İranın 17 nəfər yüksək vəzifəli hərbçisinin həlak olduğu barədə məlumat yayılmışdı.