İran həmişə Ermənistanın yanında olub və olacaq

0
278

İran həmişə Ermənistanın yanında olub və olmaqda davam edəcək.

Arazinfo.com-un  tert.am-a istinadən verdiyi xəbərə görə bunu parlamentin sədri Ararat Mirzoyanla görüşündə İranın Ermənistandakı səfiri Seyid Kazım Səccadi deyib. O qeyd edib ki, İranla Ermənistanı möhkəm dostluq əlaqələri birləşdirir və bunu iki ölkə arasında əlaqələrin ən yüksək səviyyədə inkişaf etdirilməsi də bir daha sübut edir. Səfir İran-Ermənistan münasibətlərinin  inkişaf etdirilməsində qarşılıqlı səfərlərin önəmli rol oynadığını və bunun iki ölkə xalqlarını daha da yaxınlaşdırdığını bildirib.

Ermənistan parlamentinin sədri də İran-Ermənistan münasibətlərini dostluq və qardaşlığın yüksək inkişaf səviyyəsinə qaldırıldığını və bundan məmnun olduğunu vurğulayıb.