Iradə Türkiyədəki terror haqda: “Buralardan getmək istəyirəm”

0
460

İradə Türkiyədəki terror haqda: "Buralardan getmək istəyirəm"

  
“Hər gün gözümü açıb uşaq ölümü, heyvanlara təcavüz, bombaların partlaması haqda xəbər oxumaqdan yoruldum. Hər şeyi atıb buralardan getmək istəyirəm. Amma bu da çarə deyil”.

Bu sözləri Axşam.az-a açıqlamasında Türkiyədə yaşayan müğənni İradə İbrahimova deyib. Sənətçi son günlər İstanbulda baş verən terror haqda danışıb.

O bildirib ki, hər gün həyəcan içində yaşayırlar:

“Hamı buranı tərk edib getsə, nə olacaq? Vətənə kim sahib çıxacaq? Çox pis haldı, insan həyatdan küsür. Özümdən çox övladlarımı, dünyaya gələcək uşaqları düşünürəm. Bunların sonu nə olacaq? Terrorun ziyanını adi insanlar, körpələr çəkir. Biz övladlarımız üçün yaşayırıq, onlara gələcək qurmağa çalışırıq. Bu terrorla onlara hansı gələcəyi qoyub gedəcəyik? Bu, insanlıq deyil, Türkiyənin inkişafına mane olmaq istəyirlər. Uşaqlarımın təhlükəsizliyi üçün bəlkə çıxıb gedərəm. Amma sonra düşünürəm ki, asan deyil. Həyat yoldaşım burada özü üçün iş qurub, övladlarımın məktəbi var. Yaşayış tərzimizi necə ataq?”.

İ.İbrahimova küçədə çox qalmamağa çalışdıqlarını söyləyib:

“Səhər həyəcanla oyanırıq ki, bu gün də yenə nəsə partlayacaq, ya partladı, neçə şəhid verəcəyik, nə olacaq? Ümid edirəm ki, bu problemlər 2016-cı ildə qalacaq. 2017-ci il hamı üçün problemsiz keçəcək. Dünyanın hər yerində terror var. Allah türkü qorusun. Ümidimiz odur ki, xain insanlar bu işlərdən uzaqlaşarlar. Qorxu, şübhə içində yaşamaq qədər pis bir şey yoxdu. Bakıda nə gözəl yaşayırdıq, heç bir narahatlıq yox idi. Düzdür, cəbhə bölgəsində döyüş davam edir. Amma metroya düşəndə qorxmurduq. Burada isə maşınla gedəndə, liftə minəndə, kimisə görəndə həyəcanla baxırsan ki, terrorçu olar. Alış-veriş mərkəzinə girəndə, həyəcanla tez işini görüb qaçırsan ki, partlayış baş verər. İnşallah, buralardan qaçıb getmək durumunda qalmarıq”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

16 − five =